Tramp Ukrayna və Avropanı təşvişə salıb

   Tramp Ukrayna və Avropanı təşvişə salıb
  29 Aprel 2025    Oxunub:375
Kiyev və onun avropalı müttəfiqləri Vaşinqtonun bu həftə Rusiya və Ukrayna arasında müharibənin sülh yolu ilə nizamlanması üzrə danışıqlardan çıxa biləcəyindən ehtiyat edirlər.
AzVision.az xəbər verir ki, ukraynalı məmurlara və onların avropalı həmkarlarına isitna edən Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti belə məlumat yayıb.

“Rusiyanın ABŞ prezidenti Donald Trampın təklifləri ilə razılaşa biləcəyini düşünənlər var. Hərçənd, hələlik planın real işləməsi üçün heç nə hazır deyil. Bu elmentlərdən bəziləri həqiqətən yaxşıdır, lakin indi problem Amerika administrasiyasının səbrinin olmamasıdır", - mənbələrdən biri nəşrə bildirib.

Avropa ölkələrindən birinin hökumət dairələrindəki başqa bir mənbə qeyd edib ki, Tramp geri durmaq üçün bəhanə tapacağı bir vəziyyət hazırlayır, Ukrayna və avropalılar isə hər şeyi düzəltməli olacaqlar.

“B” planı: Ukrayna təkbaşına müharibəyə hazırlaşır
Amerikalı məmurlar, öz növbəsində, Moskvanın bir sıra məqamlarda, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması məsələsində güzəştlərə razılaşmamasının Vaşinqtonu əsəbiləşdirdiyini vurğulayıblar.

Ukraynalı məmurların fikrincə, bu səbəbdən Kiyev Trampın danışıqlardan çıxdığını elan edəcəyi ehtimalının yüksək olduğunu düşünür. Ona görə də, Ukrayna tərəfi belə hazır olmaq üçün tədbirlər görür, silah istehsalını gücləndirir və Kiyevə yardımı artırmaq üçün Avropa ölkələrindən təminat axtarır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Tramp   Ukrayna   Avropa  





Xəbər lenti