Odessaya kütləvi dron hücumu olub

   Odessaya kütləvi dron hücumu olub
  01 May 2025    Oxunub:458
Mayın 1-nə keçən gecə pilotsuz təyyarələrdən istifadə edən rus qoşunları Odessaya kütləvi hücuma keçib. Şəhərdə partlayış səsləri eşidilib, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.
AzVision.az xəbər verir ki, Odessanın meri Gennadi Truxanov, “Suspilne.Odessa” və yerli “Dumskaya” nəşrləri beıə məlumat yayıblar. Jurnalsitlərin dediyinə görə, gecəyarısı Odessada partlayışlar dalğası eşidilib.

“Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Bundan başqa, ilkin məlumata görə, məktəb binalarından birində yanğın baş verib”, - “Dumskaya” qəzeti yazır.

Ukrayna şəhərləri hava zərbələrinə məruz qalıb - VİDEO
Odessa Hərbi administrasiyasının rəhbəri Oleq Kiper PUA zərbələri nəticəsində şəhərdə 2 nəfərin öldüyünü, daha 5 nəfərin isə yaralandığını bildirib.

Ukrayna şəhərləri hava zərbələrinə məruz qalıb - VİDEO
Hakimiyyət orqanları xəbərdarlıq bitənə qədər sakinləri sığınacaqlarda qalmağa çağırır.

Xatırladaq ki, son iki həftədə Rusiya Ukraynanın Xarkov və Zaporojye şəhərlərinə, daha əvvəl isə Odessa çəhərinə də PUA-lar vasitəsilə kütləvi hava zərbələri endirib. Bu hücumlar zamanı 10-larla insan həlak olub və yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Odessa   zərbələr  





Xəbər lenti