ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb

   ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb
  01 May 2025    Oxunub:510
ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb.
Bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ - Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib.

Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq.

ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.

Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.

Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.

AzVision.az


Teqlər:





Xəbər lenti