Moskvada 5 türk vətəndaşı döyülüb

Moskvada 5 türk vətəndaşı döyülüb
  27 Avqust 2013    Oxunub:1098
Hadisə Moskva kafesində baş verib
Bu barədə İnterfax-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. AzVision.az həmin məlumata istinadən xəbər verir ki, Moskvanın Mərkəzi küçəsində yerləşən kafelərdən birində dava düşüb. İnsident nəticəsində 5 türk vətəndaşı xəsarət alıb.

Zərərçəkən türklərin Rusiyada biznes mərkəzinin tikintisində iştirak edən fəhlələr olduğu bildirilir. Onlardan ikisi qarnından və sinə nahiyəsindən aldıqları bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Bir nəfərin əli yaralanıb.

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir. Hazırda cinayətin digər iştirakçıları da araşdırılır.

İlkin məlumatlara görə davaya tərəflər arasında mübahisə səbəb olub. Faktla bağlı Rusya Cinayət məcəlləsininn 111( Sağlamlığa bilərəkdən zərər yetirmə) və 213-cü ( dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti