Məmmədyarov Nalbandyanla görüşəcək

Məmmədyarov Nalbandyanla görüşəcək
  01 Fevral 2013    Oxunub:2056

Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri də bölgəyə səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün yaxın həftələrdə keçirilməsi planlaşdırılır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Yan Kelli belə deyib. Onun sözlərinə görə, hazırda görüşün dəqiq tarixi müəyyənləşdirilir.

Nazirlərin növbəti görüşündən sonra həmsədrlərin də regiona növbəti səfəri planlaşdırılıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə ediblər. XİN rəhbərləri münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını və danışıqları davam etdirəcəklərini bildirirlər.


Teqlər:





Xəbər lenti