Litva: "Rus məktəblərini bağlamayacağıq"

      Litva:    "Rus məktəblərini bağlamayacağıq"
  01 Aprel 2025    Oxunub:857
Litva rus dilində tədris olunan məktəbləri bağlamağı planlaşdırmır.
AzVision.az xəbər verir ki, bunu Litvanın təhsil, elm və idman naziri Raminta Popoviene LRT milli dövlət televiziya və radiosuna müsahibəsində deyib.

Nazir vurğulayıb ki, konstitusiyaya və təhsil haqqında qanuna uyğun olaraq dövlət vətəndaşların ana dilində təhsil almalarına şərait yaratmağa borcludur: "Bu sənədlərdə açıq şəkildə göstərilir ki, biz dövlət dilinin, yəni litva dilinin öyrənilməsinə xüsusi diqqət yetirməliyik".

Litvanın rus dilində tədris olunan məktəblərdən imtina edən Latviya və Estoniyadan nümunə götürə biləcəyi ilə bağlı suala cavab verən Popoviene deyib ki, hazırda hakimiyyət mövcud hüquqi aktları rəhbər tutur: "Belə bir planlar yoxdur”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti