“Buşer” AES istismara verildi

“Buşer” AES istismara verildi
  28 Avqust 2013    Oxunub:1395
Atom Elektrik Stansiyası iki aya istismara veriləcək
Bu barədə “Buşer” AES-in direktoru Hüseyn Derakşandey məlumat verib. Xəbər verildiyi kimi, avqustun əvvəlində “Rosatom” dövlət korporasiyasının rəhbəri Serqey Kirienko bildirib ki, stansiyanın sifarişçiyə təhvil verilməsi üzrə işlər yekunlaşmaq üzrədir və “Rosatom” yaxın günlərdə təhvil-təslim barədə akt imzalayacaq.

Qeyd edək ki, 1000MVt gücündə olan “Buşer” stansiyası Fars körfəzinin sahilində yerləşir. Stansiyanın tikintisi 70-ci ilərdə başlayıb. O zaman alman mütəxəssislərinin apardığı işlər sonradan dondurulmuşdu. 90-cı illərdə AES-in tikintisinə Rusiyanın “Atomstroyeksport” MMC-i cəlb olundu.


Teqlər:  





Xəbər lenti