İran səfirliyindən açıqlama

İran səfirliyindən açıqlama
  01 Fevral 2013    Oxunub:2064
“İran Azərbaycanla həmsərhəd Culfa, Astara və Biləsuvar bölgələrində azad ticarət zonası yaratmağa hazırdır”.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirib.
Onun sözlərinə görə, İranın Azərbaycanla müştərək ticarət zonasının yaradılmasından imtina etdiyinə dair yayılan xəbərlər doğru deyil. O həmçinin qeyd edib ki, Araz azad ticarət zonasının sədri cənab Sadiq Nəcəfi yaxın günlərdə Bakıya səfər edəcək.
Ayətullahi İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin bu yaxınlarda Azərbaycanla həmsərhəd ostanlara səfər etdiyini xatırladaraq bildirib ki, səfir bu səfər zamanı Araz azad ticarət zonasına da baş çəkib və Azərbaycanla müştərək azad ticarət zonasının yaradılmasına dair ilkin müzakirələr aparıb.
Ayətullahinin sözlərinə görə, bu hər iki ölkənin gündəliyində olan məsələlərdəndir.


Teqlər:





Xəbər lenti