Terrorçu-hakerlər təbii fəlakətlər törədə bilər - Sensasion bəyanat - (VİDEO)

Terrorçu-hakerlər təbii fəlakətlər törədə bilər - Sensasion bəyanat - (VİDEO)
  04 Oktyabr 2017    Oxunub:6830
Beynəlxalq terrorçular tərəfindən yaradılan “kiber birliklər” ola bilsin ki, texnogen qəzalar və ekoloji fəlakətlər törətməyə çalışırlar.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sədri Aleksandr Bortnikov bildirib.
“Əldə olunan məlumatlara görə, terrorçular hakerlərlə əlaqələrini genişləndirir, “kiber birliklər” yaradırlar. Onların kiber hücumlarının səviyyəsi və kəsirliliyi daima artır”, - deyə Borntikov Krasnodar şəhərində xüsusi xidmət orqanları rəhbərlərinin XVI iclasında çıxışı zamanı qeyd edib.



Onun sözlərinə görə, bu gün terrorçuların dünya birliyinə kiber hücumları ehtimalı daha da real olur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: FTX  





Xəbər lenti