Romantiksinizmi?-Yalnız xanımlar üçün TEST

Romantiksinizmi?-Yalnız xanımlar üçün TEST
  23 Sentyabr 2013    Oxunub:6105
1. Gözəl xəyallar quranda özünü həmin xəyallarda necə görürsən?
A)Model kimi-gözqamaşdırıcı paltarlar, makiyaj....
B)Qədim zamanların şahzadəsi kimi
C)Sadəcə olaraq çox gözəl bir qız kimi

2. Təsəvvür edin ki, gözləmədiyiniz bir halda 2 həftəlik səyahət qazanırsınız. Hara getmək istərdiniz?

A)Bütün ili havanın isti olduğu ölkəyə
B)Hər hansı tarixi zəngin olan bir ölkəyə
C)Gəmidə səyahəti sevirəm

3. Makiyaj edərkən ən çox nəyə fikir verirsiniz?

A)Ən çox göz makiyajına üstünlük verirəm.
B)Ən çox dodağa
C)Kosmetikadan istifadə eləmirəm...

4. Sənin fikrincə ən romantik görüş hansı ola bilər?

A)Harada və nə vaxt olduğu vacib deyil. Əsas odur ki, sevdiyim yanımdadır.
B)Restoranda
C)Parkda və ya meşədə gəzinti

5. Sizə məlum olur ki, valideynləriniz ad gününüzdə sizə hədiyyə alacaq. Bunun nə olmasını istərdiniz?

A)Bahalı kosmetika dəsti
B)Zinət əşyası
C)Velosiped

6. Sevdiyiniz oğlan sizə gül buketi hədiyyə edir. Buketin hansı güllərdən təşkil olmasını istərdiniz?
A)Tünd qırmızı qızılgüllər
B)Fərqi yoxdur
C)Qeyri-adi güllər

7. Bəziləri hesab edir ki, keçmiş həyatımızda biz balıq, pişik və s. heyvan olmuşuq. Bəs sizin fikrinizcə siz nə olmusunuz?
A)Pişik
B)Balıq
C)Siçan

8. Aşağıdakılardan hansı sizdə güclü hisslər, emosiya yaradır...
A)Alov
B)Su
C)Hava

9. Sizin fikrinizcə müasir qızın çantası hansı stildə olmalıdır?

A)Ən əsası rəngarəng olmalıdır, axı biz cavanıq...
B)İri olmalıdır, hər şey yerləşməlidir.
C)Sport üslubunda rahat bir şey olmalıdır.

Cədvələ əsasən balları hesablayın və nəticələrlə tanış olun.



0-35
Siz çox da romantik deyilsiniz. Uzaq ölkələr, səyahət haqda fikirləşmək , xəyallar qurmaq sizə görə deyil. Həyatınız saat mexanizmi kimidir. İşlərinizi plana əsasən görürsünüz. Lakin həyatı bir qədər də özünüz istədiyiniz kimi görməyə çalışın. Həyata öz pəncərənizdən baxın. Bu zaman hər şey daha yaxşı olacaq.

40-65
Siz romantika və reallıq arasındasınız. Hansının üstünlük təşkil etməsi özünüzdən asılıdır. Məsələn: Rəfiqələrinizlə bağa getmək istəyirsiniz. Hər şey danışılır. Vaxt təyin edilir. Lakin siz oradakı səs-küyü, narahatçılığı və s. fikirləşib qərarınızı dəyişirsiniz. Rəfiqənizə isə gələ bilməyəcəyini söyləyib evdə qalmağa üstünlük verirsiniz. Sin çox qəribəsiniz.

70-100
Belə də olarmış. Siz bütün həyatınızı xəyallarda keçirmək istəyirsiniz. Sizin üçün bu həyatda adi heç nə yoxdur. Hər şeyə qeyr-adi baxırsınız. Məsələn, gecələr yatmağa hazırlaşanda belə yerində xəyallara dalırsan. Olmuş keçmiş hadisələr fikrində canlanır. Lakin bu qədər xəyalpərəst olsan da real həyat bir gün qapını çalacaq. Bu görüşə hazır ol.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti