Mitinq bitdi

Mitinq bitdi
  28 Sentyabr 2013    Oxunub:1364
Azərbaycan müxalifətinin mitinqində əvvəlki aksiya ilə müqayisədə 2 dəfə az insan iştirak edib
Bu gün müxalif Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə Yasamal rayonunda İdman-Sağlamlıq Kompleksi stadionunun ərazisində mitinq keçirib.

AzVision.az xəbər verir ki, mitinqdə bundan əvvəlki aksiya (22 sentyabr) ilə müqayisədə 2 dəfə az - min nəfərdən az insan iştirak edib.

Mitinqdə Milli Şuranın vahid namizədi Cəmil Həsənliylə yanaşı Milli Şura üzvləri İsa Qəmbər, Əli Kərimli çıxış edib. Həmçinin, REAL hərəkatının həmsədri Erkin Qədirli və NİDA vətəndaş hərəkatının idarə heyətininn üzvü Ülvi Həsənli çıxış edənlər sırasında olublar. Mitinq-görüş Nərgiz Yaqublunun qətnaməni səsləndirdikdən sonra başa çatıb.

Mitinq zamanı heç bir insident qeydə alınmayıb.


Teqlər:  





Xəbər lenti