Məşhur alim Stiven Hokinq vəfat edib - (VİDEO)
AzVision.az "Guardian"-a istinadən xəbər verir ki, alim Kembricdə vəfat edib.
Nəzəriyyəçi – fizik Stiven Hokinq 10 milyon nüsxədə çap edilən “Zamanın qısa tarixi” kitabının müəllifidir.
Qeyd edək ki, Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. Həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verib.
1965-ci ildə Ceyn Vayldla evlənib, bir qız və iki oğlu dünyaya gəlib. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirib. Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayıb.
Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürüb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: StivenHokinq