Rayon maşınları yenidən Bakıya buraxılmayacaq - (VİDEO)
"Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşə Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər".
AzVision.az