Fərhad Əliyev :`Əqidəmə sadiq qaldım`
Məntəqədə səs verənlərin arasında müəssisədə cəza çəkən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də olub. Səs verəndən sonra jurnalistlərə açıqlamasında Fərhad Əliyev bundan əvvəl seçkilərlə bağlı vahid bəyanatla çıxış etdiyini deyib: “Bu gün də öz əqidəmə sadiq qalaraq Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini layiqincə qoruyan prezidentimə səs verdim”. /apa/