"Smotriç deyir ki, terrorçularla razılığa gəlmək milli təhlükəsizliyimiz üçün fəlakətə çevriləcək. Yox, əksinə, əsir düşən vətəndaşlarımızı geri qaytarmamaq, onları öz talelərinə buraxmaq milli fəlakətdir. Onları vətənə geri gətirməyə nail olmaq həm ali dəyər, həm də strateji zərurətdir", - hərbçi deyib.
Saar: "HƏMAS-la danışıqlarda irəliləyiş var" |
Eyni zamanda, İsrailin xarici işlər naziri Gideon Saar da HƏMAS-la razılığa dəstək verdiyini açıqlayıb. Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş var və hazırda qarşı tərəfin cavabı gözlənilir.
Firudin Həmidli
AzVision.az