Türkiyəli deputat seçkilərin şəffaf keçirildiyini dedi
Bunu ölkədə keçirilən prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi qismində gəlmiş Türkiyə Böyük Millət Məclisinin üzvü, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Gümüşhanədən olan millət vəkili Feramuz Üstün deyib. Həmkarı, Bayburt millət vəkili Bünyamin Özbək ilə Sumqayıtda keçirilən seçkiləri izlədiklərini deyən TBMM üzvü “Biz Azərbaycanda baş verən irəliləyişləri alqışlayırıq. Biz bir millət, iki dövlətik və seçkilərdə kimin qələbə çalmasından asılı olmayaraq, Azərbaycan xalqı üçün demokratik və daha da inkişaf etmiş bir ölkənin olmasını arzu edirik”,- deyə bildirib.(Apa)
Teqlər: