Rusiya neftini daşıyan tankerlər ABŞ sanksiyalarına görə lövbər saldı
ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da elan etdiyi sanksiyalara görə dünya üzrə Rusiya neftini daşıyan 65 tanker lövbər salıb.
Dayanmış 65 tankerdən 5-i Çin limanları yaxınlığında, 7-si Sinqapur yaxınlığında dayanıb. Digər tankerlər Baltik dənizi və Uzaq Şərqdə və Rusiya sahillərində dayanıb.
Əvvəllər məhdudiyyətlərə məruz qalan 25 gəmi artıq İran limanları yaxınlığında və Süveyş kanalı yaxınlığında aşkarlanıb.
Hindistanın sanksiyaların tətbiq edildiyi neft tankerləri ilə qarşılıqlı əlaqədən imtina edəcəyi gözələnilir.
AzVision.az
Teqlər: