MSK sədri: `Azadlığ`ın əməkdaşı seçkini pozmaq istəyib
MSK sədri seçki bülleteninin qaçırıldığı haqda məlumatın olduğunu da qeyd edib: “Cəlilabad rayonunda bir nəfər 10 bülleteni götürüb qaçıb. Hadisə aktlaşdırılıb və həmin adam axtarışa verilib. Zərdabda seçki məntəqəsində qanunsuz çəkiliş aparan şəxs isə narahatlıq yaradıb. Xətai rayonunda bir qadın bülleteni götürüb, qaytarmır. Bütün bunlar seçki prosesinə müdaxilədir və məqsəd prosesi pozmaqdır. Bu cür hərəkətlər təxribat xarakterli ola bilər”.