MSK oktyabrın 19-dək seçkilərə yekun vuracaq

MSK oktyabrın 19-dək seçkilərə yekun vuracaq
  12 Oktyabr 2013    Oxunub:975
DSK protokollarının MSK-ya təqdim olunması başa çatıb.
Dünən gecə saat 24.00-dək dairə seçki komissiyaları protokollarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi başa çatıb. Bu barədə AzVision.az-a Mərkəzi Seçki Komissiyanın (MSK) mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Seçki Məcəlləsinin tələbinə əsasən, MSK dairə seçki komissiyalarının protokollarındakı məlumatları ümumiləşdirərək səsvermənin nəticələri haqqında protokolunu tərtib edəcək.

MSK ən geci oktyabrın 19-dək prezident seçkilərinə yekun vuracaq və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək.


Teqlər:  





Xəbər lenti