Gənclərin qiyməti – VİDEO

Gənclərin qiyməti – VİDEO
  02 Fevral 2013    Oxunub:1642
Bu gün Azərbaycan gəncləri Gənclər Gününü qeyd edir. Bu günün xüsusi qeyd olunması hər bir gənc üçün bir xatırlatmadır. Onun varlığının xatırlatması, gənc olmanın məsuliyyətinin xatırlatması, gəncliyin ülviliyinin, həyat eşqinin xatırlatmasıdır. Ən vacibi isə gəncə özünəönəmin, özünüdərkin və özünüdəyərləndirmənin xatırlatmasıdır bu gün.
Bu günün önəmi yalnız bir bayram olmasında deyil, həm də bu günün önəmi dövlətin gəncliyə verdiyi qiymətdədir. Bu, hər il qanunvericilik bazasının təkmilləşdirilməsində, müxtəlif Dövlət Proqramlarında gənclərə ayrılan yerdə, o cümlədən bir başa gənclərə ünvanlanan sonuncu - “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nda öz təsdiqini tapır.
Bəs müasir gənclərin istəyi nədir? Planları necədir? Gənclər özlərini necə qiymətləndirirlər?
Bayram günündə gənclər öz fikirlərini AzVision.az-la bölüşüblər.

httpv://www.youtube.com/watch?v=hKHSR8OMiR4


Teqlər:  





Xəbər lenti