Britaniyalı hərbçilər dəniz quldurlarını pop musiqi sayəsində qaçmağa vadar ediblər
Britaniyalı hərbçilər dəniz quldurları ilə mübarizədə qeyri-adi üsula əl atıblar. Onlar bunun üçün amerikalı pop-ulduz Britni Spirsin musiqilərindən istifadə edirlər. Qərb mədəniyyətinin təzyiqinə tab gətirə bilməyən quldurlar qaçırlar. Hərbçilər hətta onların əllərində daha güclü silahın olduğuna da əmin edirlər. Belə ki, Castin Biberin musiqilərindən də istifadə edirlər. Qeyd edək ki, hərçilər xüsusi qurğunun köməyi ilə musiqinin səsini insan üçün döyülməz dərəcədə yüksək həddə qaldırırlar.