İlan masajı-FOTOLAR
Çılpaq kürəklərinizdə hər cür forma və ölçüdə, müxtəlif rənglərdə pitonlar belinizdə gəzərkən tərpənməyə qoraxaraq, sakitcə uzanmağı dincəlməyin ən unikal üsulu adlandırmaq olar.
İlanla masaj zamanı adrenalin artır ki, bu da metobolizmə kömək edir.
İlanla masaj zamanı ifraz olunan adrenalin stress vəziyyətində ikən yaranır ki, bunun da insan orqanizmi üçün bir neçə effekti var.
Stress halında olanda, adrenalinlə yanaşı bir neçə digər hormonlar da ifraz olunur. Həmin hormonlar ürəyin işini yaxşılaşdırı, qan dövranını yaxşılaşdırır, təzyiqi normallaşdırır və ümumilikdə enerjini artırır.
Ona görə də belə masajdan bir müddət sonra da insan özünü bir qədər gərgin, tam dincəlməmiş hiss edir. Ən azından ona görə ki, çoxlarımız ilanlarla yaxından təmasda olmağa alışmamışıq.
Ola bilsin ki, ilanlarla 1 saatlıq gərgin masajdan sonra daha bir saat normal masaja da ehtiyac olsun.
Ancaq ilanları sevənlər üçün (belələri də var axı) belə bir masaj ağır iş həftəsindən sonra əla bir istirahət vasitəsi ola bilər.
Hər halda qorxmursunuzsa sınamağa dəyər.
Səbinə Həsənova
AzVision.az