“Böyük Britaniyada təhsil” sərgisi açıldı

“Böyük Britaniyada təhsil” sərgisi açıldı
  02 Noyabr 2013    Oxunub:1719
Bakıda “Böyük Britaniyada təhsil” sərgisi açılıb.
AzVision.az xəbər verir ki, bu gün “Hilton” otelində “Böyük Britaniyada təhsil” (“Education UK”) sərgisi açıldı.

Sərgi “British Council” təşkilatının Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunub.

Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bildirdi ki, sərginin əsas məqsədi tələbələrə akademik biliklərlə yanaşı, müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır.

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan danışıb.

Qeyd olunub ki, sərgidə Böyük Britaniyanın bu dövlət proqramının siyahısında olan ən nüfuzlu kollec və universitetləri iştirak edir.

Sərgiyə gələnlər Böyük Britaniya universitetləri və kolleclərinin nümayəndələri ilə görüşmək, yüzdən çox təqaüd proqramı haqqında məlumat almaq, o cümlədən sərgi çərçivəsində keçiriləcək seminar və müsabiqələrdə iştirak etmək imkanı qazanacaq.

Sərgi noyabrın 3-dək davam edəcək.


Teqlər:





Xəbər lenti