Nazirlə görüşmək üçün qeydiyyatdan keçin

Nazirlə görüşmək üçün qeydiyyatdan keçin
  02 Noyabr 2013    Oxunub:1639
Noyabrın 5-də təhsil naziri vətəndaşları qəbul edəcək.
AzVision.az xəbər verir ki, noyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbulda iştirak etmək üçün vətəndaşlar noyabrın 4-də saat 09.00-dan 18.00-dək nazirliyin qəbul otağında və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər.

Bundan əlavə, Təhsil Nazirliyi saytının “Elektron müraciət” bölməsində (https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) qeydiyyatdan keçmək mümkündür.

Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.


Teqlər:





Xəbər lenti