“Quş qripi”nin nəticələri bəlli olacaq

“Quş qripi”nin nəticələri bəlli olacaq
  09 Noyabr 2013    Oxunub:1240
Azərbaycanda “quş qripi” ilə əlaqədar növbəti monitorinq keçirilir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar növbəti monitorinq keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinq zamanı köçəri quşların məskunlaşdığı bütün ərazilərdə seçmə üsulla ovlanan quşlardan nümunələr götürülür. Eləcə də ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından qan və patoloji materiallar götürülərək müayinə üçün laboratoriyaya təqdim edilir. Bütün nümunələr respublika baytarlıq laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın 15-də ictimaiyyətə açıqlanacaq.

Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.


Teqlər:  





Xəbər lenti