Əhaliyə MÜJDƏ: Qazın qiyməti artmayacaq

Əhaliyə MÜJDƏ: Qazın qiyməti artmayacaq
  09 Noyabr 2013    Oxunub:1399
Azərbaycanda qazın qiymətinin artırılması nəzərdə tutulmur.

Bunu AzVision.az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.

Mətbuat katibinin sözlərinə görə, qazın qiymətinin artılacağı ilə bağlı narahatçılığa əsas yoxdur.

“Biz qazın qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməmişik. Qiymətləri Tarif Şurası müəyyən edir, bir tərəfədən də Tarif Şurasına heç bir müraciət daxil olmayıb. Heç bu haqda müzakirə də yoxdur”-deyə A.Ağayev bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti