“Andiçmədə iştirak edəcəyik”- AÇIQLAMA
Deputatın sözlərinə görə, əsas məqsəd Azərbaycan-Gürcüstan əlaqələrinin bundan sonrakı inkişafını daha səmərəli davam etdirməkdir:
“Andiçmə mərasimində iştirakın əlbəttə ki, müəyyən bir diplomatik siyasi mənası var. Ən önəmlisi odur ki, bundan sonrakı dönəmdə Gürcüstanın yeni prezidenti və yeni baş naziri ilə aktiv işləməkdir. Gürcüstanın hazırkı siyasi elitası da onun fərqindədir ki, Azərbaycan Gürcüstan üçün nə qədər böyük əhəmiyyətə malidir. Zənn edirəm ki, yeni prezidentin fəaliyyətə başlanmasından sonrakı dönəmdə yeni rəhbərlərin ölkəmizə səfərləri ilə müşayiət olunacaq, əvvəldən başlamış kursun davamlılığı bir daha yeni rəhbərliyin dilindən və fəaliyyətindən təsdiq olunacaq. Bizim üçün məsələnin bu tərəfi daha önəmlidir`-deyə Z. Oruc qeyd edib.
Qeyd edək ki, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov dəvət alıb.
Nihadə Eyyubova