Zakir Qaralov: “Bu barədə baş nazirə də müraciət etmişik”
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov Ali Məhkəmənin Plenumunda çıxışında deyib:
“Ağır tonnajlı maşınların çınqıl, qum, tikinti materialları daşıması ilə bağlı baş nazirə də müraciət etmişik. Bildirmişik ki, bunlar dəmir yolu vasitəsi ilə daşınsın, çünki yol qəzalarına səbəb olur. Təklif edirəm ki, plenumun son qərarı həm Baş Prokurorluq, həm də Daxili İşlər Nazirliyinin mütəxəssisləri ilə müzakirə olunsun”.