Əmək Müfəttişliyinin işçiləri kütləvi istefaya göndərildi - EKSKLÜZİV

Əmək Müfəttişliyinin işçiləri kütləvi istefaya göndərildi - EKSKLÜZİV
  20 Noyabr 2013    Oxunub:2075
İdris İsayevdən gözlənilməz istefa tələbi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri kütləvi şəkildə istefaya göndərilib.

Əmək Müfəttişliyinin əməkdaşlarının AzVision.az-a verdikləri eksklüziv məlumata görə, qurumun yeni sədri İdris İsayev rayon və şəhər bölmələri daxil olmaqla xidmətin bütün əməkdaşlarına işdən çıxmaqla bağlı ərizə yazmağı tapşırıb.

İstefa ərizələrində yazılma tarixin qeyd edilməməsi tələb olunub. Ərizələrdə işçilərin öz xahişləri ilə işdən çıxarılması əskini tapıb. Müraciətlərin yazılı sürətdə toplanaraq bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə təqdim olunacağı gözlənilir.

Mənbənin bildirdiyinə görə, ərizələrin kütləvi şəkildə yazılması qurumda baş verəcək ixtisarla bağlıdır. Belə ki, İdris İsayevin bu addımı atması həyata keçiriləcək ixtisarlardan sonra yarana biləcək narazılıqların qarşısının almaqdan ibarətdir.

Qeyd edək ki, bir müddət öncə Səlim Müslümovun əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub.

PS: Faktla bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti