Girovlar azad edildi

Girovlar azad edildi
  10 Mart 2013    Oxunub:1365
Suriyalı üsyançılar BMT sülhməramlılarını azad edib
Suriya müxalifətinin silahlıları tərəfindən əsir götürülmüş BMT-nin filippinli olan 21 sülhməramlı hərbçisi azadlığa buraxılıb. Azad olunmuş sülhməramlılar artıq İordaniya sərhədini keçib.

Məlumata görə, keçmiş girovların səhhəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, Suriya üsyançıları martın 6-da BMT-nin filippinli olan 21 sülhməramlı hərbçisini girov götürüb. Sülhməramlı əsgərlər İsrail-Suriya sərhədində keşik çəkərkən girov götürülüb.


Teqlər:  





Xəbər lenti