Britaniyanın antiinhisar təşkilatı Apple və Google-a qarşı yeni araşdırmaya başlaya bilər
Məlumata əsasən, tənzimləyici ilkin olaraq müəyyən edib ki, "Apple"ın siyasəti "iPhone" üçün üçüncü tərəf brauzerlərində yeni funksiyaların tətbiqini çətinləşdirir və standart brauzerin sürəti və imkanları proqram tərtibatçılarına uyğun gəlmir.
"CMA" həmçinin müəyyən edib ki, "Google" və "Apple" arasında gəlir bölgüsü sazişi "iOS mobil brauzer bazarında rəqabət aparmaq üçün onların maliyyə həvəslərini əhəmiyyətli dərəcədə azaldır".
İdarə rəy toplayacaq və sonra tam araşdırmanın aparılması ilə bağlı qərar verəcək.
"Apple" şirkəti CMA araşdırmasının nəticələri ilə razılaşmadığını açıqladı.
AzVision.az
Teqlər: