İşsiz müəllimlər üçün yeni müsabiqə başladı

İşsiz müəllimlər üçün yeni müsabiqə başladı
  22 Noyabr 2013    Oxunub:1719
Bu gündən etibarən ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üzrə yeni müsabiqə başlayır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər üçün nəzərdə tutulub.

Qeyd edilib ki, müvafiq namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” banerindən
(www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) “Şəxsi
səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcəkdir.

Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti