Çox ət yeməyin, yoxsa...

Çox ət yeməyin, yoxsa...
  27 Noyabr 2013    Oxunub:1470
Orqanizmdə dəmirin çoxluğu Altsheymer xəstəliyinin inkişafına yol açır
Qırmızı ətdən hədsiz dərəcədə istifadə Altsheymer xəstəliyinin inkişafına səbəb olur. Bu beyində dəmir elementinin artması ilə bağlıdır. Los-Ancelesdəki Kaliforniya Universitetinin əməkdaşları bu qənaətə gəliblər.

Daha öncəki tədqiqatlar xəstəliyin inkişafına sinir sisteminə toksiki təsir göstərən tau-zülları və beta-amiloidlərin hədsiz toplanmasının səbəb olduğunu müəyyən etmişdi. İndi isə aydın olub ki, orqanizmdə dəmirin çoxluğu Altsheymer xəstəliyinin inkişafına yol açır. İnsan orqanizminə dəmir lazım olsa da, onun həddən artıq çoxluğu sağlamlığa təhlükə törədir.

Alimlərin sözlərinə görə, dəmirin ən böyük konsentrasiyası beynin sinir liflərini əhatə edən mielin, yaxud piy toxumaları ifraz edən hüceyrələrdə müşahidə olunub. Mielinin zədələnməsi, yaxud məhvi sonda sinir hüceyrələrini məhv edən trombun yaranmasına səbəb olur.

Tədqiqatlar 31 pasient üzərində aparılıb. Əsas diqqət beynin iki hissəsi – yaddaşa cavabdeh olan hippokampom (xəstəliyin ilk mərhələsində zədələnir) və hərəkətə cavab verən talamusa (adətən xəstəliyin son mərhələsində zədələnir) yönəldilib. Nəticədə alimlər dəmirin lazımi səviyyədə saxlanmasında rol oynayan yüksək miqdarda ferritin zülalını aşkar ediblər.

“Dəmir beyində qırımızı ətin və tərkibində dəmir olan qatqıların tez-tez istifadəsi nəticəsində yığılır. Menopauza öncəsi histerektomiya keçirən (yumurtalığın tam şəkildə və ya bir hissəsinin götürülməsi) qadınlar da risk qrupuna daxildirlər”- deyə tədqiqatların müəllifi Corc Bartzoksiya bildirib.

Bu tədqiqat işi dəmir maddəsinin Altshemyer xəstəliyinin inkişafına səbəb olduğunu tam sübut etməsə də, əldə edilən məlumatlar göstərir ki, dəmir prosesin səbəbkarı ola bilər. Gündəlik rasionda ətin və tərkibində dəmir maddəsi olan qatqıların qəbulunun azaldılması beyində zərərli elementlərin toplanması ehtimalını azaldacaq.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti