Azərbaycanla Avropa ölkələri arasında viza sadələşdirildi
AzVision.az Trend-ə istinadən xəbər verir ki, sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıb.
Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.
Xatırladaq ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.