İrandan Mikayıl Cabbarova iş TƏKLİFİ

İrandan Mikayıl Cabbarova iş  TƏKLİFİ
  04 Dekabr 2013    Oxunub:1716
“İran İslam Respublikası azərbaycanlı tələbələrin bu ölkənin ali təhsil müəssisələrinə qəbul olunması üçün Azərbaycanla elmi və qanuni əməkdaşlıq etməyə tam hazırdır”.

AzVision.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm deyib. O, Azərbaycanla təhsil sahəsində əməkdaşlığın hər iki ölkə üçün münasib və uğurlu olacağını qeyd edib:

“İran təhsil sahəsində Azərbaycanla səmərəəli əməkdaşlıq etməyə tam hazırdır. Əgər Azərbaycan rəsmiləri elmi və qanuni yolla bu məsələləri araşdırarlarsa, İrana müraciət olunarsa və İranın əlaqədar rəsmiləri, xüsusilə də İranın Təhsil Nazirliyi ilə söhbət edərlərsə, bu məsələ mütləq İran tərəfindən razılaşdırıla bilər və İran öz elmini ölkələrə təqdim etmək barəsində lazımi hazırlığa malikdir”.

XİN rəsmisi bu istiqamətdə Azərbaycanın Təhsil Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Mərziyyə Əfxəm Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasının kənarında İran və Azərbaycan Respublikasının əməkdaşlıqlarının genişləndirilməsi üçün iki ölkə xarici işlər nazirlərinin son müzakirələrinə də münasibət bildirib:

“İƏT iclası ilə əlaqədar demək lazımdır ki, İranın Azərbaycanla münasibətləri iki dost və qonşu ölkə olaraq həmişə irəli sürülmüşdür. İran həmişə elan edib ki, Azərbaycanla çoxlu dini, tarixi və mədəni ortaqlıqlara və münasibətlərə malikdir və bu maraqlar günü-gündən artmaqdadır. İstər ikitərəfli münasibətlər, istərsə də regionla əlaqədar münasibətlər barəsində. Buna görə, İƏT-in 21-ci iclasının kənarında iki ölkənin xarici işlər nazirləri tərəfindən də ikitərəfli əməkdaşlıqların genişləndirilməsi vurğulandı”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti