Macarıstanda Azərbaycan dili keçiləcək

Macarıstanda Azərbaycan dili keçiləcək
  09 Dekabr 2013    Oxunub:1683
Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.
Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.

AzVision.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda, bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib.

Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır.

Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audio materiallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edib.


Teqlər:





Xəbər lenti