Konstitusiya məhkəməsində insident baş verdi

Konstitusiya məhkəməsində insident baş verdi
  12 Mart 2013    Oxunub:1362
Ermənistanda prezident seçkilərinin saxtalaşdırıldığı iddia olunur
Ermənistanın Konstitusiya məhkəməsində prezident seçkilərinin nəticələri ilə bağlı mühakimələrdən sonra fasilə zamanı insident baş verib. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuşyan jurnalistlərin suallarını cavablandıran zaman Karen Arutyunyan adlı müxalifət fəalı -“Cinayətkardan müsahibə götürməyin!”- deyərək onun üzərinə hücum edib.

Bu zaman səs küy qalxıb, mühafizə xidmətinin əməkdaşları müdaxilə etməli olub. Onlar müxalifət fəalını məhkəmədən uzaqlaşdırmağa çalışsalarda o, dediyindən dönməyib. Tiqran Mukuçyanın sənədləri saxtalaşdırdığını və onun həbs edilməli olduğunu bildirib.


Teqlər:





Xəbər lenti