Nobel mükafatçısı: “Robot inqilabı başlayır”

Nobel mükafatçısı: “Robot inqilabı başlayır”
  11 Dekabr 2013    Oxunub:1863
Nobel mükafatı laureatı Pol Kruqman dünya iqtisadiyyatını texniki inikşafın yekunlaşması ilə bağlı qlobal böhran gözləməsi barədə proqnoza inanmır. “Əslində, elmi-texniki inqilab bizim gözlərimiz qarşısında baş verir. Maşınlar sürücülərsiz hərəkət edir, kompüterlər mətnləri insanların əvəzinə tərcümə edir... İqtisadi artım davam edəcək və narahatçılığa heç bir əsas yoxdur”,- deyə o, bildirib.
Akademik dairələrdə iqtsadi inkşafın daim davam edib-edə bilməməsi barədə mübahisələr səngimir. Bəzi Amerika tədqiqatçıları hesab edirlər ki, son 250 ilin coşqun iqtisadi inkşafı müstəsna hal olub və daha təkrarlanmayacaq. iPhone və iPad-ın ortaya çıxması elmi-texniki inqilab deyil. Əsas ixtiralar artıq edilib və deməli, dünyanı uzun müddət davam edəcək böhran gözləyir.

Lakin digər tədqiqatçıların fikrincə, elm hazırda meyvə dərmək üçün nərdivan hazırlayır. Nərdivan hündür olduqca dərilən meyvələr də bir o qədər çox olacaq. Texnoloji və iqtisadi inkşaf da bu modelə əsasən daim davam edəcək.

Öz sərt fikirləri ilə seçilən Nobel mükafatı laureatı Pol Kruqman da bu diskussiyalarda iştirak edib. “New York Times”dakı bloqunda tanınmış alim çox optimist proqnoz verib: “Android inqilabı tam gücü ilə gedir. iPad-ı su kəmərindən önəmsiz kəşf hesab edənlər yanılırlar”.

Kruqmanın opponentləri rəqəmsal inqilabın XIX əsrin sonlarındakı sənaye inqilabı ilə rəqabət apara bilmədiyini deyirlər. Halbuki, məhz bu inqilab XX əsrdəki elmi-texniki inqilabın katalizatoru olub. Kruqman buna əsk sualla çıxış edir: “Özündən əvvəlki tərəqqi ilə müqayisə olunmaq üçün rəqəmsal inqilab hansı yeniliyi gətirməlidir? Robotları! Ehtimal edək ki, bəşəriyyət adi insanın edə bildiklərini bacaran əsl androidlər hazırlayacaq. Bu, əlbəttə ki, hər şeyi dəyişərdi. Ümum Daxili Məhsul artımı sadəcə androidlərin çoxalması ilə təmin olunardı”.

Bəs, robotlaşma sahəsində işlər necədir? Hələ 10 il əvvəl əminliklə demək olardı ki, çox pisdir. O vaxt süni intellektin yaradılması layihələri bir-birinn ardınca uğursuzluğa düçar olurdu. Lakin bu gün vaxtilə fantastik sanılan səsin tanınması, maşın tərcüməsi və avtomobilin sürücüsüz getməsi qəfildən reallığa çevrildi.

Düzdür, “ağıllı maşınlar” insan kimi ola bilmədilər. Tərcümə proqramı mətnin mənasını anlamır, sürücüsüz maşınlar isə digər maşınlarla toqquşmalardan bunu anlamadan qaçır. Bəli, şüur əvəzinə onlar nəhəng məlumat və alqoritm bazasından istifadə edirlər. Lakin fakt faktlığında qalır ki, onlar öhdələrinə düşən işi görürlər.

Lakin hər şeyi robotların edəcəyi halda milyardlarla işçi nə ilə məşğul olacaq? Sualı barədə düşünüb, pessimist də ola bilərik. “Bu məsələ hazırda elə də vacib deyil. Əsas odur ki, iqtisadi inkşaf və texniki proqress barədə sualları necə qoymaq lazımıdır” – deyə Kruqman fikirlərini yekunlaşdırıb.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:





Xəbər lenti