Gəncə məktəbliləri mükafat alıb

Gəncə məktəbliləri mükafat alıb
  11 Dekabr 2013    Oxunub:1617
Azərbaycanda ilk dəfə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və “Panasonic Marketinq MDB”nin dəstəyi ilə məktəblilər arasında keçirilən “Eco Picture Diary 2013” (“Eko Rəsm Gündəliyi 2013”) müsabiqəsinə Gəncə məktəbliləri də qoşulublar.
Bu günlərdə paytaxt Bakıda Heydər Əliyev Mərkəzində "Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırılma mərasimi keçirilib. Gəncə şəhərinin məktəblilərindən 4 nəfəri qaliblər sırasındadır.

Münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

İDEA-nın layihə direktoru Anara İsmayılova bildirib ki, həyata keçirilən layihə başlanğıcdır və yeni ildən etibarən digər təhsil layihələrinin icrasına başlanılacaq.




Teqlər:  





Xəbər lenti