Tarixdə iz qoymuş yeddi həyat yoldaşı - FOTOLAR

Tarixdə iz qoymuş yeddi həyat yoldaşı - FOTOLAR
  11 Dekabr 2013    Oxunub:5180
Jozefina Boqarnye



250 il əvvəl, 23 iyun 1763-cü ildə anadan olan Josephine Bogarne (Jozefina Boqarnye) Napalyon Bonapartın birinci və ən sevimli qadını olub. O, təkcə ərinin ürəyində deyil, eləcə də dünya tarixində iz qoyub.

Karibdəki Martinika adasından olan Jozefina hələ 16 yaşında ikən Boqarnye soyadlı vikonta ərə gedib. Çox keçmədən boşanan Jozefina iki uşaqla dul qalıb. Ancaq gözəlliyi ona itib-batmağa imkan verməyib. Təbii ki, yüngül həyat tərzinə meylliliyi də.

Jozefina bir müddət,1789-cu ilin Fransa inqilabından sonra yaradılmış Milli Yığıncağın sədri Pol Barrasın sevgilisi olur. Onu gənc general Bonapartla tanış edən də məhz Barras. Jozefinadan altı yaş kiçik olan Napalyon ona uşaq kimi vurulur. 1796-cı ildə cütlük evlənir.

Napalyon İtaliyada müharibə apararkən qohumları Jozefinanın başqa kişilərlə birgə gizli şəkildə münasibət qurduğunu generala çatdırırlar. Ancaq bu xəbərlərin xeyri olmurdu. Bonapart həyat yoldaşının sədaqətsizliyinə və onun ordu hesabına apardığı şübhəli maliyyə sövdəşəlmələrinə göz yumurdu. Hətta əksinə, ona çoxlu miqdarda pul verir, arvadının qohumlarını müxtəlif yüksək vəzifələrə təyin edirdi. Ümumən Napalyon üçün üç əsas şey var idi: Ordu, Fransa və Jozefina.

Szyan Sin (1914-1991)



Bu qadın Çin lideri Mao Tsedunun həyat yoldaşı olub. O, həm də ölkənin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü idi. «Mədəni inqilab» zamanı Çin ziyalılarının təqibi ilə məşğul olurdu. Ərinin dünyasını dəyişməsindən sonra «dördlər qruplaşması»nın tərkibində ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza ömürlük həbslə dəyişdirildi.

Aleksandra Romanova (1872-1918)



İmperator II Nikolayın həyat yoldaşı olub. Dəmir xarakterə malik bu qadın zamanında Qriqori Rasputinin çarın ətrafından uzaqlaşdırılmasına qarşı çıxırdı. Deyilənə görə, Rusiyanın I Dünya Müharibəsindəki məğlubiyyəti və eləcə də 1917-ci il inqilabı onun günahı üzündən baş verib.

Nadejda Krupskaya (1869-1939)



Rus bolşevizminin lideri Vladimir Leninin həyat yoldaşıydı. Eyni zamanda Kommunist Partiyasının görkəmli xadimlərindən sayılırdı. N.Krupskaya Stalin repressiyalarının əleyhidarı idi və həmin vaxt günahsız mühakimə olunanları müdafiə edirdi.

Evita Peron (1919-1952)



Argentina prezidenti Xuan Peronun həyat yoldaşı Evita ölkəsində ən azı əri qədər populyar idi. Prezidentdən nəyisə xahiş etmək istəyənlər öncə çalışırdılar ki, Evitayla görüşsünlər. Bir çox keyfiyyətlərinə görə argentinalılar onu millətin mənəvi lideri adlandırırdılar.

Elyonora Akvitanskaya (1124-1204)



Elyonora iki kralın həyat yoldaşı olmuşdu. Onlardan birincisi Fransa kralı VII Lüdovik, ikincisi İngiltərə kralı II Henrix idi. Yeddi övladı olub. Məhz Elyonoranın Fransadakı torpaqları Fransa və İngiltərə arasında «yüz illik müharibə» kimi tarixə (1337-1453) düşmüş müharibənin səbəbi idi.


Raisa Qorbaçova (1932-1999)



Deyilənə görə, sovet liderlərinin həyat yoldaşları içərisində məhz onun xaricdə görünməsi xəcalət hissi yaşatmırmış. Görünür, SSRİ rəhbərlərinin çox yöndəmsiz və çirkin həyat yoldaşları olub. Ancaq Raisanın xəcalətli işlərinin olduğu məlumdur. Həyat yoldaşını vəzifə pillələrində yüksəltmək üçün bir zamanlar SSRİ lideri olmuş Andropovun bağ evinə baş çəkərək ali rəhbəri əyləndirdiyi bildirilir. Mixail Qorbaçov ölkəyə rəhbərlik etməyə başlayanda Raisanın ərinə hədsiz təsirə malik olmasına dair çoxlu sayda faktlar da var.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti