Nazirdən ali məktəblərlə bağlı daha bir yenilik

Nazirdən ali məktəblərlə bağlı daha bir yenilik
  14 Dekabr 2013    Oxunub:1584
“Gələn ildən başlayaraq ali təhsil müəssisələrində “Sabah” şərti adı altında qrupların təşkil olunması üçün seçimlər aparılacaq”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, “Sabah” şərti qrupları təhsildə fərqlənən tələbələrdən təşkil olunacaq:

“Məqsəd bu tələbələr üçün daha əlverişli şərait yaratmaqdan ibarətdir”.

Təhsil naziri istedadlı gənclərin Azərbaycanın sabahı, elitası olacağını qeyd edib və bu gənclərin diqqət mərkəzində saxlanılmasını zəruri sayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti