İranda “Azərbaycan dilinin qaydaları” nəşr olunub

İranda “Azərbaycan dilinin qaydaları”  nəşr olunub
  15 Dekabr 2013    Oxunub:1990
AzVision.az xəbər verir ki, İranda “Azərbaycan dilinin qaydaları” elmi kitabı fars dilində nəşr olunub. Təbrizin məşhur “Axtər” nəşriyyatında çap edilən kitab Azərbaycan dilini elmi əsaslarda və məişət zəminində öyrənmək istəyən farsdilli oxucular üçün nəzərdə tutulub.

Tədqiqatçı Səməd Rəhmani tərəfindən hazırlanan kitabın əvvəlində Azərbaycan və fars əlifbası yerləşdirilib, Azərbaycan dilinin yazı qaydaları təqdim olunub.

Azərbaycan dilinin ən dəqiq ifadə və yazı imkanlarına malik olan dillər sırasında öndə olduğunu qeyd edən müəllifin hazırladığı 240 səhifəlik kitab dilimizi öyrənmək istəyənlər üçün qiymətli vəsaitdir.


Teqlər:  





Xəbər lenti