Radiasiyanı təmizləyən nano-köpük ixtira edildi

Radiasiyanı təmizləyən nano-köpük ixtira edildi
  16 Dekabr 2013    Oxunub:1368
Yapon alimləri torpaqlardan radiasiyanı təmizləyən nano-köpük ixtira ediblər.
AzVision.az xəbər verir ki, Yaponiyanın Kyoto Universitetinin alimləri “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş qəza nəticəsində ətraf ərazidə radiasiyaya yoluxan torpaqları təmizləmək üçün unikal metod işləyib hazırlayıblar. Alimlərin apardığı təcrübələr zamanı bu metodla AES ərazisindən götürülən torpağı radiasiyadan 90 faiz təmizləmək mümkün olub.

Torpaq radiasiyadan mikroskopik köpüklərin konsentrasiyasından ibarət olan nano-köpüyün köməyi ilə təmizlənib. Bu maye yaratdığı burulğanlı proses torpağı radioaktiv hissəciklərdən təmizləmək qabiliyyətinə malikdir.

Əvvəllər belə güman edilirdi ki, radioaktiv hissəcikləri torpaqdan ayıra biləcək texnologiya yoxdur. Həmin ərazilərin dezaktivasiyasına astronomik məbləğdə vəsait tələb olunduğundan, “Fukusima-1” AES-in ətrafındakı torpaqlar radiasiyaya yoluxan vəziyyətdə qalmaqda idi.

Mütəxəssislərin rəyinə görə, bu prosesi həyata keçirmək üçün azı 10 milyard dollar tələb olunurdu.


Teqlər:





Xəbər lenti