Avropa İttifaqının əməkdaşı öldürüldü

Avropa İttifaqının əməkdaşı öldürüldü
  13 Mart 2013    Oxunub:1517
Suriyada Avropa İttifaqı missiyasının əməkdaşı humanitar yardım paylayan zaman qətlə yetirilib.
Dəməşqdə Avropa İttifaqı missiyasının əməkdaşı Əhməd Şahid öldürülüb. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştin məlumat verib. Onun sözlərinə görə Əhməd Şahid suriyalılara humanitar yardım paylayarkən raket zərbəsinə tuş gəlib.

“ Mən bir daha tərəfləri 100 minlərlə günahsız vətəndaşın həyatına son qoyan, milyonlarla insanı ev-eşiyindən didərgin salan zorakılıqlara qarşı təcili tədbirlər görməyə çağırıram”-deyə Eşton bildirb.

Ekspertlərin fikrincə sözügedən insident Suriyanın silahla təmin olunmasına embarqo məsələsinə yenidən baxılması prosesini sürətləndirə bilər .

Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa İttifaqı Suriyadan beynəlxalq sülhməramlılarını geri çağırıb. Hazırda Suriyada Avropa İttifaqı missiyasının yalnız yerli nümayəndələri humanitar yardımların paylanması və məlumat toplama üzrə fəaliyyətini davam etdirir.


AzVision.az


Teqlər:  





Xəbər lenti