“Özümüzü yekəxana göstərmək istəmirik” - Aqşin Yenisey

“Özümüzü yekəxana göstərmək istəmirik” - Aqşin Yenisey
  20 Dekabr 2013    Oxunub:1516
Artıq bir neçə gündür ki, tanınmış yazıçı Aqşin Yenisey internet məkanında yeni saytını oxuculara təqdim edib. Ancaq saytın adı bir qədər oxucular arasında geniş müzakirəyə səbəb olub.
Nə üçün “1937”?

Yazar suallarımızı cavablandırıb. A.Yenisey AzVision.az-a bildirib ki, saytın “1937.az“ adlanması həmin ildə baş verən hadisələrlə bağlı olub.

“Biz düşündük ki, 1937 -ci il Azərbaycan mədəniyyətinin tarixində çox qabarıq bir ildir. Çünki burada Azərbaycanın dahi və istedadlı adamlarının çoxu güllələnib. Yəni çox ziddiyətli bir ildir. Sayta bir neçə ad fikirləşmişdik, ən sonda bu adın üzərində dayandıq. Onu da deyim ki, biz burada istintaq aparmaq fikrində deyilik ki, nəyə görə Müşfiqi güllələdilər, Cavidi sürgün etdilər. Belə bir niyyətimiz yoxdur”.

A.Yenisey saytının yeni layihələrlə digər portallardan seçiləcəyinə əmin olduğunu deyib.

“Sadəcə bir mədəniyyət saytı yaradırıq. Ədəbi-mədəni intelektual bir sayt yaratmaq üçün çalışırıq. Kimsə fikirləşirsə ki, biz bolşevik əməliyyatı həyata keçirmək istəyirik, əsla elə deyil. Bizim xeyli ədəbiyyat, mədəniyyət, kino ilə bağlı yeni layihələrimiz var. İndi yenilikləri bəri başdan deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, yeni layihələrimiz var, Azərbaycan internet məkanında belə layihələr yoxdur. Komanda şəklinə işləyirik. Biz bəri başdan özümüzü yekəxana göstərmək istəmirik. Qoy edək, sonra oxucular qiymət versin”- deyə yazar gələcək planlarından danışıb.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti