Smartfon və planşetlərə haker hücumu artacaq

Smartfon və planşetlərə haker hücumu artacaq
  20 Dekabr 2013    Oxunub:1356
“Symantec” şirkəti 2014-cü ildə informasiya təhlükəsizliyi sahəsində baş verə biləcək tendensiya və hadisələrlə bağlı proqnozunu açıqlayıb. Ekspertlər güman edirlər ki, şifrələmə texnologiyasının inkişaf etməsi biznes istifadəçilərini öz məlumatlarının daha effektiv mühafizəsini təmin etməyə yönəldəcək.
“Symantec” mütəxəssislərinin fikrincə, gələn il cinayətkarlar bütün sosial şəbəkələri diqqət mərkəzində saxlayacaqlar. Bundan başqa, 2014-cü ildə qurğuların daha funksional olacağı gözlənilir. İnternetə qoşulan milyonlarla qurğu haker və kibercinayətkarlarda maraq doğurur. İnformasiya təhlükəsizliyi sahəsinin mütəxəssisləri bu yaxınlarda “ağıllı” (smart) televizorlara, tibbi avadanlıq və müşahidə kameralarına müdaxilə nümunələrini nümayiş etdirmişlər. Bu sistem və qurğular hücumlar qarşısında aciz olmaqla yanaşı, boşluqlar aşkar edilən zaman bu barədə məlumat verən mexanizmlərlə təchiz edilməyib.

Bundan əlavə, belə qurğularda boşluqları aradan qaldırmaq üçün sadə mexanizmlər də yoxdur. Odur ki, növbəti ildə yeni növ təhdidlər meydana çıxa bilər.
“Symantec” ekspertləri həmçinin smartfon və planşet kompüter sahiblərinə qarşı hücumların artacağını proqnozlaşdırırlar. Söhbət təkcə yeni növ virus və troyanların yaranmasından deyil, həm də pul və məxfi məlumatların oğurlanmasına yönələn hiyləgər sxemlərin həyata keçirilməsindən gedir.


Teqlər:





Xəbər lenti