AzVision.az İsrailin “KAH” telekanalına istinadən xəbər verir ki, ABŞ-İran nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə təlimlərin hərbi hazırlığı artıracağı gözlənilir.
Ötən həftə “The New York Times (NYT)” qəzeti İsrail və ABŞ-nin İrana zərbə endirmək planlarının dayandırıldığını yazmışdı. Bunun arxasında ABŞ prezidenti Donald Trampın olduğu güman edilir. İsrail rəsmiləri bu nəşrdən təəccübləniblər, Qüdsdə isə bu xəbər ABŞ-nin Tehrana təzyiq taktikası kimi qiymətləndirilib.
“ABŞ-İran danışıqlarının ikinci raundu ötən şənbə, aprelin 19-da baş tutub. Nəticədə hər iki tərəf “ədalətli, uzunmüddətli razılaşma” istiqamətində irəliləməyə razılaşıb”, - “The Times of Israel”, öz növbəsində xatırladıb.
Sahil İsgəndərov
AzVision.az