Müharibə əlilləri və şəhid ailələri üçün yaşayış binası tikilir
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Bərdə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli bina inşa edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə tikilən dördmərtəbəli binada artıq tamamlanma işləri görülür. Binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Son illərdə Bərdə rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 1 ədəd 24, 1 ədəd 36 mənzilli binalar, 24 fərdi ev tikilib istifadəyə verilib.
Teqlər: