Şəkidə qadın dəm qazından boğulub

Şəkidə qadın dəm qazından boğulub
  22 Dekabr 2013    Oxunub:1064
AzVision.az Kanal S-ə istinadən məlumat verir ki, Şəki rayonun Daşüz kəndində ölüm hadisəsi baş verib.

Hadisə ötən gün axşam saat 18:00 radələrində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Yunusova Gülər Nəzir qızı yuyunmaq üçün vanna otağına girib. Qadının müəyyən müddət vanna otağından çıxmaması onun yoldaşı Yunusov Daşqın Yunus oğlunu şübhələndirib. O, vanna otağına daxil olan zaman həyat yoldaşını huşsuz vəziyətdə görüb.

Hadisə ilə əlaqədar dərhal Təcili Yardım Stansiyasına məlumat verilib. Lakin Təcili Yardım Stansiyasının həkimlərinin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib. Lakin ölümün dəqiq olaraq hansı səbəbdən baş verməsi Şəki rayon prokurorluğu tərəfindən aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Teqlər:





Xəbər lenti