“Bağçaya gedən uşaqla, getməyən arasında fərq var” -Nazirlik

“Bağçaya gedən uşaqla, getməyən arasında fərq var” -Nazirlik
  24 Dekabr 2013    Oxunub:1413
“Uşaqların məktəbə hazırlığı çox məqamlarda müsbət nəticə verir”.
AzVision.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllıda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O, qeyd edib ki, ibtidai sinif müəllimləri yaxşı bilir ki, bağçadan gələn uşaqla, bağçaya getməyən uşaq arasında məktəbə psixoloji hazırlıq mənasında fərq olur:

“Çox istərdik ki, uşaqların hamısı eyni hazırlıq səviyyəsində məktəbə cəlb olunsunlar ki, müəllimlər hamısı eyni səviyyəli uşaqlarla məşğul ola bilsinlər. Çünki, məktəbə hazırlığa getməyən uşaqların digər uşaqlarla psixoloji durumu arasında fərq çox olur”.

Mirvari


Teqlər:  





Xəbər lenti